SAPPHIRE HOTELS

Haqqımızda

Sapphire Hotels Group hazırda beş brend ilə təmsil olunan regional otellər şəbəkəsidir: “Sapphire Baku”, “Sapphire City”, “Sapphire Inn”, “Sapphire Marine” və “Sapphire Bayıl”. Hər bir otel özünəməxsus abu-havası və zərif interyeri ilə unikaldır, lakin birləşdirici amil onların hər birinin şəbəkənin adına və simvolikasına uyğun olan təkrarolunmaz keyfiyyət standartlarının daim təkmilləşdirilməsidir.

Sapphire Group otellərinin interyerləri müasirlik və milli irs ruhunu özlərində məharətlə birləşdirərək onları uşaqlı cütlüklər, turistlər, iş adamları və tək səyahət edənlər üçün ən rahat məkana çevirir.

Sapphire Hotels Group komandasının əsas məqsədi personalın qonaqlara onların sosial statusundan asılı olmayaraq göstərdiyi səmimi qayğı ilə rahatlıq mühiti yaratmaqdır. Bizim missiyamız hər bir qonağa əsl Azərbaycan qonaqpərvərliyininin nümayiş etdirilməsidir.

Sapphire Hotels Group-u seçdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildirmək istəyirik. Şirkətin missiya və məqsədlərinə uyğun olaraq fəaliyyət göstərən bütün komandamız öz çoxsaylı səriştələrini daim təkmilləşdirir ki, Sapphire otellərində keçirdiyiniz hər an gözəllik və sevinc anları ilə dolu olsun!

HAQQIMIZDA

Bizim üstün imkanlar

SAPPHIRE HOTELS

Restoranlar

Sapphire otellərində yerləşən restoranlar qonaqlara aşpazlarımız tərəfindən həm klassik, həm də eksklüziv yeməklərin geniş çeşidini təklif edir. Ümumi təəssürat isə yüksəkkeyfiyyətli xidmət və içkilərin böyük seçimi ilə tamamlanır.

SAPPHIRE HOTELS

Hovuz

Biz inanırıq ki, Sapphire otellərinin malik olduğu çoxsaylı imkanlar siyahısında hovuzların mövcudluğunu xüsusi ilə vurğulamağa dəyər. Qonaqlarımıza yorucu bir günün ardından hovuz kənarında dincəlmək üçün əla fürsət təklif edirik.

SAPPHIRE HOTELS

SPA

Bizim SPA mərkəzlərimiz bir məqsədə xidmət edir: gözəllik və mükəmməllik atmosferində tam istirahətə nail olmaq. SPA mərkəzlərində kişilər və qadınlar üçün ayrılmış masaj otaqları təklif olunur. 

SAPPHIRE HOTELS

Fitnes zalı

Biz qonaqlarımıza yüksək səviyyəli xidmətə və fitnes zallarının eksklüziv interyer dizaynına zəmanət veririk. Ən son avadanlıq ilə təchiz olunmuş fitnes zallarında idmanla məşğul olun və tətil zamanı belə ideal formada qalın.

City Service Company

Əməkdaşlarımız

Bizi tapın

Otellərimizi asanlıqla tapın