Sapphire baku
Sapphire Hotel Baku klassik dizayn məktəbinin əla nümunəsidir. Gözqamaşdırıcı interyer, qulluqpərəst işçi heyətimiz və mükəmməl xidmət otelimizi şəhərin ən yaxşılarından biri edir.
Otelin əlverişli yerdə yerləşməsi Sapphire Hotel Baku otelini logistika baxımından da əlverişli edir. Şəhərin düz mərkəzində yerləşən Sapphire Hotel Baku aktiv həyat tərzi yaşayanlar üçün və ya şəhərin əsas görməli yerlərini ziyarət etmək istəyən xarici qonaqlar üçün əla seçimdir.
Sapphire baku
Əgər siz işgüzar səfərə yollanmısınızsa, onda bizim biznes nömrələr sizin üçün əla seçim olacaq. Burada iş görməyiniz və dincəlməyiniz üçün hər bir şərait yaradılıb...
Yüksək rahatlıq delyuks nömrələrimiz ağır iş günündən sonra dincəlmək istəyənlər üçün ən yaxşı təklifdir. Bu gözəl nömrələrin hər bir yumşaq küncündə siz ozün...
İkiotaqlı lyuks nömrələr genişlik və rahatlıq sevənlər üçün yaradılıb. Salon və yataq otağından ibarət olan lyuks otaqlarda ailənizin də yerləşdirilməsi mümkündür.
Sapphire baku
Otelin sonuncu, beşinci mərtəbəsində yerləşən “La Fontaine” restoranı öz gözəlliyi, genişliyi, “Torqovaya” küçəsi və Fəvvarələr meydanının xoş təsir bağışlayan mənzərəsi ilə dərhal Sizi heyran edir - qonaqlar əllərində telefon və ya fotoaparatla terrasa çıxaraq oradan görünən mənzərəni həkk etmək cazibəsi qarşısında dayana bilmirlər. Restoranda müəllif interpretasiyasında hazırlanan ənənəvi Azərbaycan mətbəxinin yeməkləri ilə yanaşı, dünya mətbəxinin məşhur yeməkləri də təklif olunur. Klassik dekorativ elementlərlə zəngin olan nəfis dizayn səmimi və rahat ab-hava, parlaq qastronomik təəssüratlar üçün gözəl mühit yaradır.
Sapphire baku
Lobbi barın təmtəraqlı interyeri xoş istirahət və ünsiyyətə sövq edir. Burada zərif spirtli içkilərin zəngin çeşidindən və ya nadir çay növlərindən zövq ala bilərsiniz. Otel barmenləri əsl qurmanlara təkrarolunmaz qəlyanaltı və ən yaxşı siqar çeşidləri ilə ahəng yaradan əla növ kokteyllər hazırlayırlar. Bakının qızmar günəşli yayında isə sərin fəvvarənin yanındakı kölgəli terrasda layiq olduğunuz istirahətdən həzz ala bilərsiniz.
ƏMƏKDAŞLAR
Sapphire baku