Sapphire city
“Sapphire City” brendi Sapphire Hotels Group şirkətini təmsil edən otellərdən biridir. “Sapphire City” haqlı olaraq paytaxtın ən koloritli otellərindən hesab olunur, yerləşdiyi məkan isə təsadüfən seçilməyib. Belə ki, otel paytaxt həyatının mərkəzində, məşhur Fəvvarələr Meydanından bir neçə metr aralıda yerləşir.
Növbəti dəfə “Sapphire City” otelinə gəldiyiniz zaman klassik üslubda tərtib olunmuş interyerə daha yaxından nəzər salın. Qonaqlarımızın əksəriyyəti razılaşır ki, bu otel öz incə zərifliyi və əzəməti ilə muzey konseptinə bənzəyir. Biz Sizin “Sapphire City”-də keçirdiyiniz zamanın unudulmaz olması üçün əlimizdən gələni edəcəyik.
Sapphire city
Otelin üst mərtəbəsində yerləşən “Societe” restoranı öz gözəlliyi, genişliyi və Fəvvarələr Meydanının mənzərəsi ilə Sizi dərhal heyran edəcək. Qonaqlarımız bizim restorana gələrkən, terrasdan açılan möhtəşəm mənzərəni yaddaşlara həkk etmək üçün mütləq burada şəkil çəkdirirlər. Restoranda ənənəvi Azərbaycan mətbəxinin təamları ilə yanaşı, dünya mətbəxinin məşhur yeməkləri də təqdim olunur. Klassik dekorativ elementlərlə zərif dizayn isti və rahat atmosfer yaradır, bu isə öz növbəsində canlı qastronomik təcrübə üçün mükəmməl fondur!
Sapphire city
Lobbinin dəbdəbəli interyeri xoş istirahətə və rahat söhbətlərə sövq edir. Burada Siz sevdiklərinizlə birgə həzz alıb və həmçinin uzun gəzintidən sonra vaxt keçirə bilərsiniz. Florensiyanın əsrarəngiz üslubu və yerli koloritin gözlənilməz qarışığı Sizi özəl hiss etdirəcək.
ƏMƏKDAŞLAR
Sapphire city