Sapphire Inn
Modern üslubda qurulan Sapphire Inn Hotel müasir rahatlıqların və yüksək səviyyəli xidmətin qovuşduğu məkandır. Qonaqların rahatlığı və xoş vaxt keçirmələri üçün otelimizdə hər bir şərait yaradılıb.
Sapphire Inn Hotel şəhərin düz mərkəzində yerləşib və bu sizə vaxtınızı itirmədən şəhərin görməli yerlərini, ticarət və əyləncə, həmçinin biznes mərkəzlərini ziyarət etməyə imkan verəcək. Əgər yolunuz uzaqdırsa, onda biz sizə avtomobil icarə xidmətini və ya taksi sifarişi xidmətini təklif edə bilərik. Bundan başqa, biz sizə fərdi parkinq imkanını da təklif edə bilərik.
Sapphire Inn
Biz sizi və ailənizi böyük məmnuniyyətlə geniş delyuks nömrələrimizdə yerləşdirəcəyik. Burada siz və yaxınlarınız özünüzü evdəki kimi hiss edəcəksiniz. Otaqlar sizə lazım ola biləcək b&...
Əgər siz işgüzar səfərə yollanmısınızsa, onda bizim biznes nömrələr sizin üçün əla seçim olacaq. Burada iş görməyiniz və dincəlməyiniz üçün hər bir şərait yaradılıb...
Delyuks nömrələrimiz ağır iş günündən sonra dincəlmək istəyənlər üçün ən yaxşı təklifdir. Otaqların yumşaq küncləri və lounge mühiti onları otelimizin ən xoş və rahat məkanları e...
Sapphire Inn
Otelimizdə fəaliyyət göstərən restoranda siz nəfis xörəklərdən dadaraq dincələ bilərsiniz. Restoranımızın menyusuna həm milli, həm də dünya mətbəxinin xörəkləri, habelə şəhərin ən məşhur lançlarından biri daxildir. Rahatlıq və əvəzolunmaz dad restoranımızı şəhərin ən yaxşılarından biri edir. Restoran həmçinin əyləncə gecələrini, ad günlərini və digər təntənəli mərasimləri qəbul etməyə hazırdır. Biz hər bir qonağa fərdi şəkildə yanaşırıq və bu, masanın bəzənməsində, menyunun təltif olunmasında və digər vacib detallarda özünü göstərir.
Sapphire Inn
Nömrənizə qalxmaqdan öncə lobbi barımızı ziyarət etməyə nə deyirsiniz? Bura işdən sonra konkteyl içmək və ya qəhvə fasiləsinə çıxmaq üçün ideal yerdir. Qəbul masası ilə yaxınlıqda yerləşən lobbi barı dənəyin. Burada siz kokteyl, çay, qəhvə və digər içkiləri sifariş edə, həmçinin görüşdən öncə qəlyanaltı edə bilərsiniz.
ƏMƏKDAŞLAR
Sapphire Inn