SAPPHIRE CITY
Sahəsi 40-55 kv.m olan, dəbdəbəli, geniş və eleqant, iki nəfərin maksimum rahat qala bilməsi üçün nəzərədə tutulmuş interyerli nömrələrdir. Lüks nömrələr bir neçə güşədən – dəhliz, yataq otağı və komfortabelli iş masası olan qonaq otağından ibarətdir. Bu nömrələrin eyvanı “Torqovaya” küçəsində qaynayan həyatı izləməyə, hər bir şəraiti olan mətbəxi öz zövqünüzə görə ləziz xörəklər bişirməyə, cakuzi ilə təchiz edilmiş geniş hamam otağı isə ağır iş günündən sonra rahatlıq hissini yaşamağa imkan verir. Nömrələrin interyeri mehmanxana dizaynının müasir tendensiyaları nəzərə alınaqla klassik üslubda tərtib olunmuşdur. Hər nömrənin təkrarolunmaz gözəlliyi isə orada yaşayanların xüsusi statusunu nəzərə çarpdırır.
OTAQ İMKANLARI & XİDMƏTLƏR
OTAQ HAQDA