Sapphire city
“Sapphire City” lüks oteli Sizə dəbdəbə və komfort ab-havasında unudulmaz istirahət təklif edir! Bu dəbdəbəli otel paytaxtın iki məşhur məkanı, “Torqovaya” küçəsi (bakılılar Nizami küçəsini məhz bu cür adlandırır) və Bakının ən gözəl meydanı olan Fəvvarələr meydanının kəsişməsində yerləşir. Yeri gəlmişkən, qeyd edək ki, otelin bəzi nömrələrinin eyvanı məhz “Torqovaya” küçəsinə baxır.
Gözəllik və möhtəşəmliyinə görə müştərilərimizin çoxu “Sapphire City” otelini muzey adlandırır. Otelimizə qədəm qoyduğunuz andan sanki başqa bir aləmə düşürsünüz! İstirahətinizin son dərəcədə rahat və xoş keçməsi üçün hər bir imkan yaradılmışdır.
Sapphire city
Kiçik dəhliz və yataq otağından ibarət 30 kv.m sahəsi olan rahat birotaqlı nömrələrdir. Biznes-klas nömrələrdə müasir və rahat mebel, geniş ikinəfərlik çarpayı, həmçinin yazı masası il...
35 kv.m-dən artıq sahəsi olan geniş və eleqant nömrələr iki nəfərin rahat qala bilməsini nəzərdə tutan interyer və paytaxtımızın gözəl mənzərələrindən zövq almaq üçün eyvanlarla təmin olun...
Sahəsi 40-55 kv.m olan, dəbdəbəli, geniş və eleqant, iki nəfərin maksimum rahat qala bilməsi üçün nəzərədə tutulmuş interyerli nömrələrdir. Lüks nömrələr bir neçə güşədən &ndas...
Sapphire city
Otelin sonuncu, beşinci mərtəbəsində yerləşən “La Fontaine” restoranı öz gözəlliyi, genişliyi, “Torqovaya” küçəsi və Fəvvarələr meydanının xoş təsir bağışlayan mənzərəsi ilə dərhal Sizi heyran edir - qonaqlar əllərində telefon və ya fotoaparatla terrasa çıxaraq oradan görünən mənzərəni həkk etmək cazibəsi qarşısında dayana bilmirlər. Restoranda müəllif interpretasiyasında hazırlanan ənənəvi Azərbaycan mətbəxinin yeməkləri ilə yanaşı, dünya mətbəxinin məşhur yeməkləri də təklif olunur. Klassik dekorativ elementlərlə zəngin olan nəfis dizayn səmimi və rahat ab-hava, parlaq qastronomik təəssüratlar üçün gözəl mühit yaradır.
Sapphire city
Lobbi barın təmtəraqlı interyeri xoş istirahət və ünsiyyətə sövq edir. Burada zərif spirtli içkilərin zəngin çeşidindən və ya nadir çay növlərindən zövq ala bilərsiniz. Otel barmenləri əsl qurmanlara təkrarolunmaz qəlyanaltı və ən yaxşı siqar çeşidləri ilə ahəng yaradan əla növ kokteyllər hazırlayırlar. Bakının qızmar günəşli yayında isə sərin fəvvarənin yanındakı kölgəli terrasda layiq olduğunuz istirahətdən həzz ala bilərsiniz.
ƏMƏKDAŞLAR
QİYMƏTLƏNDİRMƏ
Sapphire City oteli üçün dəyərləndirmə edilməyib. İlk rəy bildirən Siz olun!
Sapphire city